Tehran bəzi ölkələr üçün Hörmüzü açdı

Tehran bəzi ölkələr üçün Hörmüzü açdı
17:17

Tehranın icazəsi ilə bir neçə ölkədən gələn gəmilər Hörmüz boğazından keçib.

News365.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai deyib.

“Ölkələr İranla koordinasiyalı şəkildə gəmilərini Hörmüz boğazından keçirib. Bu, İranın məsuliyyətli yanaşmasının göstəricisidir. Son bir neçə gündə müşahidə olunanlar ABŞ və sionist rejimin (İsrailin – red.) bölgəyə tətbiq etdiyi müharibənin nəticəsidir. İranın milli təhlükəsizliyini təmin etmək, təcavüzkarlar və onların müttəfiqləri tərəfindən bu su yolunda sui-istifadə hallarının qarşısını almaq üçün lazımi tədbirlər görmək hüququ var”, - o bildirib.


Sizin reklam burada
Sizin reklam burada