Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) növbəti illik toplantısı 2026-cı ilin iyul ayında Bakıda keçiriləcək.
News365.az xəbər verir ki, bu məsələ Azərbaycanın maliyyə naziri Sahil Babayev ilə QDTİB-nin prezidenti Serhat Köksalın görüşündə müzakirə olunub.
Bildirilib ki, Azərbaycanın hazırda Bankın Rəhbərlər Şurasına sədrliyi çərçivəsində keçiriləcək illik toplantı regional maliyyə əməkdaşlığının genişləndirilməsi baxımından mühüm platforma olacaq.
Qeyd olunub ki, Bakıda baş tutacaq toplantıda üzv ölkələrin nümayəndələri regional investisiya layihələri, özəl sektorun maliyyələşdirilməsi və iqtisadi əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə edəcəklər.