Əsabəli Mustafayevin vəziyyəti necədir?

Əsabəli Mustafayevin vəziyyəti necədir?
30 Okt 2024 18:24

Tanınmış vəkil Əsabəli Mustafayev xəstəxanadan evə buraxılıb. 

Bu barədə vəkilin həyat yoldaşı Zemfira Mustafayeva məlumat verib.   

Onun sözlərinə görə, vəkilin səhhəti yavaş-yavaş qaydasına düşür: 

"Amma hələ nitqində problemlər var. Müalicə davam edir. Həkimlər deyir ki, nitqi zamanla bərpa olunacaq". 

Qeyd edək ki, tanınmış vəkil Əsabəli Mustafayevin səhhətində problemlər yaranıb. Sumqayıt 2 nömrəli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən vəkilə üçüncü dəfə insult diaqnozu qoyulub.


Sizin reklam burada
Sizin reklam burada