Ermənistanda keçirilən səsvermə zamanı saat 17:00-a olan məlumata görə, Daxili İşlər Nazirliyinə 57 qanun pozuntusu ilə bağlı siqnal daxil olub.
News365.az yerli mətbuata istinadən xəbər verir ki, müraciətlərdən 19-u təkrar səsvermə cəhdi, 15-i səsvermənin məxfiliyinin pozulması, 2-si seçki hüququnun həyata keçirilməsinə mane olunması ilə bağlı olub.
Bundan başqa, bir rüşvətvermə və bir silah gəzdirmə faktı da qeydə alınıb.
Qeyd olunub ki, araşdırmalar çərçivəsində 14 nəfər saxlanılıb. Hadisələrlə bağlı müvafiq yoxlamalar davam etdirilir.