Ermənistanda kilsələrdən oğurluq ikiqat artıb – 16 milyon...

Ermənistanda kilsələrdən oğurluq ikiqat artıb – 16 milyon...
10:16

Son iki ildə Ermənistanda Apostol Kilsəsinə məxsus kilsələrdən oğurlanan əşyaların ümumi dəyəri 16 milyon dramı (40 min ABŞ dollarından çox) ötüb.

News365.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi “Sputnik Armenia”nın yazılı sorğusuna cavabında məlumat verib.

Nazirlikdən bildirilib ki, 2025-ci ildə kilsələrdən səkkiz oğurluq hadisəsi törədilib. Onlardan dördünün üstü açılıb. Oğurlanan əşyalar arasında İncil, xaç, bürünc qab və pul olub.

Qeyd olunub ki, ötən il baş verən cinayətlər nəticəsində ümumilikdə 366 min dram (təxminən 810 dollar) və 30 min dollar məbləğində ziyan dəyib.

Bu il isə kilsələrdən oğurluqların sayı iki dəfədən çox artıb. Belə ki, ilin ilk səkkiz ayı ərzində kilsə və ibadətgahlardan 17 oğurluq hadisəsi qeydə alınıb. Onlardan 12-si açılıb.

Nazirliyin məlumatına görə, bu il oğurlanan əşyalar arasında kasa, xaç, ianə qutusu, şamdan, gül vazası, buxurdan, şərab fincanı, şamdanlar və pul olub.

Təkcə bu il törədilən oğurluqlar nəticəsində 5 milyon dramdan (13 min ABŞ dollarından çox) ziyan dəyib.



Sizin reklam burada
Sizin reklam burada