“Ermənistan təəssüflər olsun ki, kommunikasiya ilə bağlı addımlar atmır“- Politoloq

“Ermənistan təəssüflər olsun ki, kommunikasiya ilə bağlı addımlar atmır“-  Politoloq
26 Apr 2024 13:37

"Zəngəzur dəhlizinin açılması Cənubi Qafqaz ölkələrinə dividentlər vəd edir".

Politoloq Elçin Mirzəbəyli bunu News365.az-a açıqlamasında deyib.

"Zəngəzur dəhlizi multimodal dəhlizi kimi nəzərdə tutulur. Bu dəhlizin ərazisindən tək avtomobil və dəmir yolları deyil, eyni zamanda elektrik xəttləri, ixrac boru kəmərləri, internet xəttləri və.s. bu kimi bütövlükdə kommunikasiyanın bütün istiqamətlərini əhatə edən bir layihənin gərçəkləşməsindən söhbət gedirdi. Amma təəssüflər olsun ki, Ermənistan indiyənə qədər bu baxımdan prinsipial addımlar atmayıb"- deyə əlavə edib. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər