"Ermənistan sülh müqaviləsi üçün Konstitusiyasını dəyişməlidir"- Ceyhun Məmmədov

"Ermənistan sülh müqaviləsi üçün Konstitusiyasını dəyişməlidir"- Ceyhun Məmmədov
13:26
Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Ermənistan tərəfi nəzərə almalıdır ki, əgər Konstitusiya dəyişikliyi baş verməsə, sülh müqaviləsi də mümkün olmayacaq. Deputatın sözlərinə görə, Azərbaycanın prinsipial mövqeyi ondadır ki, Ermənistan mütləq Konstitusiyasında dəyişiklik etməli, çünki hazırda həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddiaları mövcuddur.

Ceyhun Məmmədov News365.az-a açıqlamasında qeyd edib ki, Ermənistanın hazırkı mövqeyi daha çox daxili auditoriyaya yönəlib:

“Ararat Mezayanın açıqlamaları əsasən daxili auditoriyaya hesablanıb. Müxalif qüvvələr və ayrı-ayrı şəxslər Paşinyan komandasını Azərbaycanın göstərişlərini yerinə yetirməkdə ittiham edirlər. Bu, daxildə sakitlik yaratmaq məqsədini güdür,” – deyə deputat bildirib.

O əlavə edib ki, Ermənistanın Konstitusiyasındakı mövcud ərazi iddiaları səbəbindən hər hansı sülh müqaviləsinin imzalanması mümkün deyil və bu məsələdə prinsipiallıq vacibdir. Deputatın sözlərinə görə, yaxın gələcəkdə, xüsusilə seçkilər ərəfəsində, Ermənistanın Konstitusiyasında dəyişiklik edilməsi ehtimalı yüksəkdir:

“Son günlər Ağrı Dağı ilə bağlı rəsmi sənədlərdə dəyişikliklər və Paşinyanın açıqlamaları göstərir ki, Ermənistan bu məsələləri həll etməyə başlayır,” – deyə Ceyhun Məmmədov vurğulayıb.

Sizin reklam burada
Sizin reklam burada