ABŞ Prezidenti Donald Tramp İranla bağlı yayılan məlumatlara münasibət bildirib və bəzi media orqanlarını dezinformasiya yaymaqda ittiham edib.
News365.az xəbər verir ki, Tramp Truth Social platformasında paylaşımında ABŞ-ın İrana qarşı mübarizədə üstün olduğunu vurğulayıb. O, əməliyyatların uğurla davam etdiyini və ABŞ Silahlı Qüvvələrinin yüksək səviyyədə fəaliyyət göstərdiyini qeyd edib.
Tramp iddia edib ki, mediada yayılan bəzi xəbərlər reallığı əks etdirmir: “Əgər saxta xəbərlərə inansanız, elə düşünərsiniz ki, biz uduzuruq. Halbuki vəziyyət tam əksinədir – biz böyük fərqlə üstünük”.
ABŞ prezidenti əlavə edib ki, İran tərəfi də eyni məlumatları izlədiyi üçün çaşqın vəziyyətdədir.