Ermənilərin başına gələn müsibətlərin əsl səbəbkarı kilsədir

Ermənilərin başına gələn müsibətlərin əsl səbəbkarı kilsədir
09:04
1900-cü illərin əvvəllərindən başlayaraq, "Daşnaksutyun", “Hnçak” kimi təşkilatlar kilsəni tamamilə öz siyasi maraqlarına tabe etmək istəyirdilər. Onlara tabe olmayan, kilsənin siyasi terror mərkəzinə çevrilməsinə qarşı çıxan və ya Osmanlı/Rusiya dövlətləri ilə mülayim münasibət tərəfdarı olan keşişlər "xain" elan edilib öldürülürdü. 1933-cü ildə yepiskop Levon Turyan məsəl üçün erməni terrorçuları ilə əməkdaşlıq etmək istəmirdi, onu, Nyu-Yorkda kilsədə ayin edən zaman ermənilər bıçaqlayaraq öldürüblər.
Belə şəxslərdən biri də Osmanlı dövləti zamanı erməni kilsəsinin keşişi Stefan Yarbuezelyandır. Antakya qəzasının Süveydiye nahiyəsinə bağlı Yoğunoluk kəndində kilsənin keşişi olan Stefan Yarbuezelyan ərazidə yaşayan erməniləri daşnaklardan qorumaq üçün 6 il fəaliyyət göstərmiş, yerli erməniləri terrordan uzaq tutmağa çalışmışdır. Lakin erməni kilsəsinin rəhbərlərinin onu təqib etməsinə gücü çatmayan Stefan Yarbuezelyan Amerika Birləşmiş Ştatlarına köçür.
Onun həyatına burada bir neçə dəfə sui-qəsd törədilir, ermənilər onu yaşadığı məhlədən qovurlar, 14 yaşlı qızını əlindən alırlar. Nyu yorkda qaldığı müddətdə 50-dən çox erməninin hücumuna məruz qalır, Kiprdən Lord adlı Hnçak üzvü onu öldürmək üçün Amerikaya gəlir və Antepli Kazancıyan adlı bir rahiblə birgə onun qaldığı evə hücum edirlər. Bu həmin Lorddur ki, Osmanlı sultanı II Əbdülhəmidə qarşı sui-qəsd hazırlamaq və ya dövlət əleyhinə fəaliyyətləri koordinasiya etmək məqsədilə Amerikaya göndərilmişdi. (Başbakanlık Osmanlı Arşivi 213 saylı sənəd)
Amerikada kilsələrdə onun haqqında hər gün lənətlər oxunur və təhqiredici sözlər işlədilirdi. Daha sonra Hnçakdan külli miqdarda pul alan yerli hüquq mühafizə qurumları onu həbs edirlər. 15 il həbsxanada olan müddətdə ona müxtəlif təzyiqlər olmasına baxmayaraq erməni terrorunu və daşnak prinsiplərini qəbul etməyən Stefan Yarbuezelyan 15 mart 1900-cu ildə Kentukki həbsxanasından Osmanlı dövlətinə məktub yazır və orda ermənilərin iç üzlərini açıb göstərir.
Bu məktub hazırda Türkiyədə Baş nazirliyin nəzdində Osmanlı arxivində Y.MTV kod adlı 213 saylı sənəd adı altında saxlanılır. Onun surətini sizə təqdim edirəm.
Məktubunda Stefan Yarbuezelyan həyatını qorumaq üçün Kiprə getdiyi zaman erməni terrorunun burda da onu izlədiyini yazır və qeyd edir ki, Afinada bir erməni qəzeti onu islamı qəbul edərək Osmanlı agenti olmaqda ermənilərin düşməni olan türk podpolkovnik Əli bəy Şahinlə yoldaşlıq etməkdə və 40 erməninin asılmasında ittiham edirlər. Məktubunda xаsiyyətinə görə Hnçak ermənilərini ikiüzlü və riyаkаr adlandıran rahib Yarbuezelyan onu terrorçu ermənilərdən qurtarmağı Osmanlı sultanından xahiş edir.
Stefan məktubunda bildirir ki, erməni komitələri sadə erməni xalqını "müstəqillik" və ya "azadlıq" vədləri ilə aldadaraq, onları dövlətə qarşı üsyana təşviq edirlər. O, kilsələrin və keşişlərin bu işdə necə istifadə olunduğunu, silahların kilsələrdə gizlədildiyini və itaət etməyən ermənilərin həmin komitələr tərəfindən necə qətlə yetirildiyini qeyd edir.
Bu məktubun məzmunu yayıldıqdan sonra erməni radikal qrupları onu "millət xaini" elan etdilər.Onu elə dua elədiyi kilsənin yanında ağır yaralayan erməni terrorçuları onun ağrılar içində ölməsinə tamaşa edib gedirlər.
Zaur Əliyev, tarixçi

Sizin reklam burada
Sizin reklam burada