Ermənilər özlərinə yeni “prezident” seçdilər - Kremlin sifarişi

Ermənilər özlərinə yeni “prezident” seçdilər - Kremlin sifarişi
02 Mar 2025 16:11

Martın 1-də qondarma “Abxaziya respublikasında” növbədənkənar “prezident seçkiləri”nin ikinci turunda gözlənildiyi kimi, Rusiyanın dəstəklədiyi namizəd Badra Qunbanın qalib gəldiyi elan olunub.

 Qunba fevralın 15-də keçirilmiş ilk turda 100 min seçicidən 46 minin səsini toplamışdı, onun əsas rəqibi, hökumətə qarşı etirazların lideri Adqur Ardzinba isə 37% səs toplamışdı.

Seçkilər ilk turu ümumi inamsızlıq şəraitində keçdi, hakimiyyət xaricdəki abxaz diasporları üçün üç seçki məntəqəsi açmalı idi, lakin Sakarya şəhərindəki türk seçki məntəqəsi izahat verilmədən bağlandı (ən böyük abxaz icması Türkiyədə yaşayır) və Rusiyanın Çerkesskdəki seçki məntəqəsində isə qanun pozuntuları aşkar edildi.

İkinci turda Qunba 56, Ardzinbanın isə 42 faiz səs qazandığı deyilib. Rusiya mediası müxalifətin namizədi Adqur Ardzinbaya Türkiyənin dəstək verməsi rəyi yaratmağa çalışıblar. İddia olunub ki, Adqur Ardzinba Türkiyə konsulluğunun əməkdaşı ilə görüşərək dəstək istəyib və “seçkilərdə qələbə qazanacağı təqdirdə” qondarma respublikanın “Ankaraya tərəf dönəcəyini” vəd edib. Yeri gəlmişkən, Türkiyə hakimiyyəti Abxaziyanın “müstəqilliyini” tanımır, amma o da da sirr deyil ki, Abxaziyadakı xalqlarla Türkiyə arasında çox yaxın tarixi, dini və mədəni əlaqələr var.

Maraqlıdır ki, hər iki turda qondarma respublikanın bütün ermənilərinin rusiyapərəst namizəd Badra Qunbaya səs verdikləri məlum olub. Yerli medianın məlumatda bildirilirdi ki, Abxaziyada yaşayan 20 minə yaxın erməni Kremlin namizədini seçib. Erməni icmasının kütləvi olaraq bir namizədə səs verməsi haqlı suallar doğurub. Bəllidir ki, ermənilərin bütün dünyada, o cümlədən Rusiyada böyük diasporu var. Ermənilərin yekdil səs verməsi ona göstərib ki, Moskvadan Qunbaya səs verilməsi tapşırığı verilib. “Belə çıxır ki, indi Abxaziyada yaşayan bir qrup insan var, onlar kənardan gələn sifarişlə hər şeyi etməyə hazırdırlar”deyə, müxalifətin namizədi Aqrba deyib.

Ekspertlər Soçidə yaşayan Abxaziya pasportu olan “Robson” ləqəbli Ruben Tatulyanın da bu işə qoşulduğunu, erməni icmasına Rusiyanın namizədinə səs verməyə təhrik etdiyi deyilir. O da bəlli olub ki, seçki dövründə erməni kəndlərində yollar çəkibilər, transformatorlar quraşdırıblar.

Abxaziyada seçkilərə hələ iki həftə qalmış Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Sergey Kiriyenko Suximidə peyda olmuşdu. Kiriyenko “Rusiya Abxaziya xalqının istənilən seçimini qəbul edəcək” desə də, Moskvanın öz namizədi olduğu bəlli idi, bunu PA rəsmisinin Badra Qunba ilə görüşü də təsdiqləmişdi. Badra Qunba hələ noyabr ayında kütləvi etirazlar fonunda istefa verməyə məcbur olmuş “prezident” Aslan Bjaniyanın komandasında işləyirdi, “prezident” səlahiyyətlərini icra edirdi.

Yada salaq ki, 1993-cü il iyulun 27-də Soçidə Rusiyanın vasitəçiliyi ilə Abxaziyada atəşkəs haqqında üçtərəfli sülh sazişi imzalanmışdı. Sənəd gürcü qoşunlarının çıxarılmasını və qeyri-qanuni abxaz birləşmələrinin ləğvini, beynəlxalq müşahidəçilərin və sülhməramlıların bölgəyə gətirilməsini, habelə münaqişənin tam miqyaslı nizamlanması üzrə BMT-nin himayəsi altında danışıqların aparılmasını nəzərdə tuturdu. Lakin separatçılar və Kreml razılaşmanı pozaraq bütün Abxaziyanı ələ keçirdilər və gürcü əhalisinə qarşı amansız etnik təmizləmə apardılar. Separatimzə son qoymaq cəhdi isə 2008-ci ilin avqustunda Gürcüstana baha başa gəldi, Rusiya separatçı bölgələri müstəqil “dövlət”kimi tanıdı, bu gün də Gürcüstanın hər iki bölgəsi Moskvanın “effektiv nəzarəti” altındadır.


Sizin reklam burada
Sizin reklam burada