Ərdoğan: Türkiyə İranla müharibəyə qoşulmayacaq

Ərdoğan: Türkiyə İranla müharibəyə qoşulmayacaq
21:53

Türkiyə bütün təhdidlərə qarşı hazırdır və İranla bağlı mümkün münaqişəyə cəlb olunmamaq üçün lazımi tədbirlər görür.


News365.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbulda keçirilən ənənəvi Ramazan iftarında çıxışı zamanı bildirib.

Ərdoğan qeyd edib ki, Türkiyə hava məkanının təhlükəsizliyini təmin etmək üçün bütün zəruri addımlar atılır. Onun sözlərinə görə, ölkənin əsas məqsədi Türkiyəni regionda baş verən hərbi gərginlikdən uzaq saxlamaqdır.

“Dünən gecə baş verdiyi kimi, hava məkanımızı pozmağa yönəlmiş hər hansı təhdidə qarşı lazımi təhlükəsizlik tədbirləri görürük. Əsas vəzifəmiz ölkəmizi bu atəş tələsindən qorumaqdır”, – deyə o vurğulayıb.
Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, cümə günü NATO qüvvələri tərəfindən İrandan buraxıldığı iddia edilən və Aralıq dənizi üzərindən Türkiyə hava məkanına daxil olan raket zərərsizləşdirilib. Rəsmi Ankaranın bildirdiyinə görə, bu, martın 4-dən bəri qeydə alınan üçüncü belə hadisədir.

Tehran isə Türkiyəyə raket atılması ilə bağlı ittihamları rədd edib və hadisəni İsrail və ABŞ tərəfindən təşkil edilə biləcək təxribat kimi qiymətləndirib.


Sizin reklam burada
Sizin reklam burada