Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
News365.az xəbər verir ki, o bu barədə "X" hesabında paylaşım edib.
“Can dostumuz, qardaşımız, göz bəbəyimiz Azərbaycanın 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününü ən səmimi duyğularımla təbrik edirəm. Bu qürur günündə dəyərli qardaşım İlham Əliyevi və bütün Azərbaycan xalqını sevgi ilə salamlayıram”, - paylaşımda qeyd olunub.