Sabirabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad olunub.
News365.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru vəzifəsinin müvəqqəti icrası Anar İsrafilov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, rayon mərkəzi xəstəxanasının direktoru Həsən Hüseynov vəzifəsindən azad edilib.
Onun yerinə hələlik təyinat yoxdur.