“Bir xalqın
dəyərlərinə çamur atmaq təkcə hüquqi məsuliyyət yaratmır, həm də ictimai qınaq
yaradır. Əslində bu cür addımlar cəmiyyətin dəyərlərini dəyərsizləşdirməyə,
ictimai əxlaqa zərbə vurmağa hesablanıb. Azərbaycanın Prezidentinin ailəsinə
qarşı yalan məlumatlar, feyk görüntülər yayaraq informasiya müharibəsi aparan
bir qrupun DTX tərəfindən ifşa edilməsi hesab edirəm ki, ictimai maraqlarımız
kontekstində, həm də mənəvi dəyərlərimiz
kontekstində müham bir hadisədir”.
Bu fikirləri News365.az -açıqlamasında
Millət vəkili Hikmət Babaoğlu deyib.
O qeyd edib
ki, onsuz da Azərbaycanın ictimai rəyi intelektual əsaslarda formalaşıb:
“Və hər kəs
nəyin nə olduğunu çox yaxşı ayırd edə bilir. Çox təəssüf ki informasiya
manipulyatorlarının toruna düşən, olmayan şeyi həqiqət kimi qəbul edən müəyyən
bir təbəqə də olur. Ona görə də son proseslərdən biz bir neçə nəticə
çıxartmalıyıq. Bunlardan birincisi odur ki, Azərbaycana tarixi qələbə bəxş
etmiş, Azərbaycan xalqına böyük qalibiyyət yaşatmış və rifah gətirmiş Prezident
və onun ailəsi bu vaxta qədər olduğu kimi bundan sonra da xalqımız və ictimaiyyət
tərəfindən daha çox qorunmalıdır.
İkincisi,
bizim dəyərlərimizi əlimizdən almağa çalışan informasiya terrorçuları hüquqi
müstəvidə mütləq məsuliyyətə cəlb olunmalıdır. DTX-nın yaydığı telefon danışıqlarında verilən mesajlar, göstərilən ünvanlar təkbətək
öyrənilməli, ifşa edilməli və məsuliyyətə cəlb edilməlidir. Bu gün Azərbaycan ictimaiyyətini narahat edən
bir sual var: Bizim dövlətçiliyimizə, müstəqil siyasətimizə qəsd etmək istəyən,
xalqın legitim hakimiyyətinə qarşı çevrilişə çalışan “başda oturan” kimdir?
Bu sual hər
kəsi narahat edir. Biz bu gün məhz Azərbaycan Prezidentinin, onun ailəsinin və
böyük mənada Ulu öndər Heydər Əliyevdən gələn müqəddəs ailə dəyərləri sayəsində
sülh və rifah içərisində qalib xalq kimi yaşayırıq. Ona görə də bu dəyərlər Azərbaycan
dövlətinin ali dəyərləridir, milli dəyərləridir. Və bunu qorumaq hər birimizin
borcudur. İfşa eləməksə xüsusi xidmət orqanlarının vəzifəsidir ki, bundan sonra
da sülh və rifah içərisində yaşayaq”.
News365.az