Bu gün "Kətaib Hizbullah"ı Bağdaddakı ABŞ səfirliyinə qarşı beş günlük atəşkəs elan edib.
News365.az xəbər verir ki, bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.
Atəşkəsin şərtlərinə əsasən:
• İsrail ordusu Beyrutun cənub ətrafı və Bağdaddakı yaşayış məntəqələrini bombalamağı dayandırmalı;
• Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşları yerləşdikləri yerlərdən çıxarılmalı;
• ABŞ səfirliyi həmin yerlərin yurisdiksiyasına verilməlidir.
"Kətaib Hizbullah"nın baş katibi Əbu Hüseyn Əl-Həmidavi xəbərdarlıq edib ki, əgər şərtlər yerinə yetirilməsə, beş gündən sonra cavab tədbirləri “birbaşa və hədəfə alınacaq” şəkildə həyata keçiriləcək.