Əməkdar artist dağıstanlıların toyunda rəqsə dəvət olundu

Əməkdar artist dağıstanlıların toyunda rəqsə dəvət olundu
19 Sen 2025 23:09

Əməkdar artist Nigar Şabanova yeni görüntüləri ilə diqqət çəkib.

News365.az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında Permdə iştirak etdiyi məclislərdən birində görüntülər paylaşıb.

Videoda Əməkdar artist rəqs edib. O paylaşıma "Dağıstanlı olmağımla qürur duyuram" sözlərini yazıb.

Xanənəndə dağıstanlıların toyunda ev sahibləri tərəfindən rəqsə dəvət olunub.


Sizin reklam burada
Sizin reklam burada