Reanimasiyada olan məşhur türk müğənnisindən XƏBƏR VAR

Reanimasiyada olan məşhur türk müğənnisindən XƏBƏR VAR
03 Noy 2025 17:47

Oktyabrın 15-də evində infarkt keçirərək reanimasiyaya düşən məşhur aparıcı və müğənni Fatih Üreklə bağlı yeni xəbər var. 

News365.az Türkiyə mediasına istinadən xəbər verir ki, sosial mediada sürətlə yayılan xəbərlə bağlı açıqlama verən vəkil Volkan Alkılıç bunları deyib:

Müvəkkilim Fatih Ürek həkimlərimizin təyin etdiyi müalicəyə uyğun olaraq sağlamlıq uğrunda mübarizəsini davam etdirir. Onun səhhəti stabil olaraq qalır və bununla bağlı lazımi məlumatlar müalicə aldığı xəstəxana və meneceri Mert Siliv tərəfindən verilir.

Qeyd edək ki ürəyi 20 dəqiqə dayanıb, sonra yenidən işə düşən Ürek 18 gündür reanimasiyada saxlanılıb.


Sizin reklam burada
Sizin reklam burada