VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan millisinin matç təqvimində dəyişiklik edilib

VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan millisinin matç təqvimində dəyişiklik edilib
03 Noy 2025 22:00

VI İslam Həmrəyliyi Oyunlarının voleybol yarışlarının proqramında dəyişiklik edilib.

News365.az xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil edilən VI İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan qadın voleybolçulardan ibarət Azərbaycan millisi sabah ilk oyununa çıxacaq.

Komandamız əvvəlcədən nəzərdə tutulduğu kimi Tacikistanla deyil, İranla qarşılaşacaq. Buna səbəb Tacikistan komandasının müəyyən səbəblərdən Ər-Riyada vaxtında yollana bilməməsidir. Təşkilat komitəsinin qərarına əsasən, yığmanın sabahkı rəqibi İran olub.

Qeyd edək ki, komanda növbəti oyunlarda Tacikistan, Türkiyə və Əfqanıstan kollektivləri ilə üz-üzə gələcək.

Reqlamentə görə, ilk iki pilləni tutan komandalar qızıl medal, üçüncü və dördüncü yerləri tutan komandalar isə bürünc medal uğrunda qarşılaşacaqlar. Final və üçüncülük oyunları noyabrın 13-də baş tutacaq.

Milli komandamızın oyun cədvəli:

4 noyabr

14:00. Azərbaycan - İran

6 noyabr

14:00. Azərbaycan - Tacikistan

9 noyabr

17:00. Azərbaycan - Türkiyə

12 noyabr

15:00. Azərbaycan - Əfqanıstan


Sizin reklam burada
Sizin reklam burada