İrəvandan Bakıya yeni addım – Qriqoryandan sülh mesajı

İrəvandan Bakıya yeni addım – Qriqoryandan sülh mesajı
10:01

Yaxın günlərdə Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycana səfər edəcəklər.

News365.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat verib.

O xatırladıb ki, bu təşəbbüs Azərbaycan nümayəndə heyətinin bir müddət əvvəl İrəvana səfərinin davamı kimi həyata keçiriləcək.

Qriqoryanın sözlərinə görə, qarşılıqlı səfərlər tərəflər arasında etimadın artırılması, dialoqun möhkəmləndirilməsi və regionda sabit sülhün bərqərar olması baxımından mühüm addımdır.

“Biz hesab edirik ki, vətəndaş cəmiyyəti nümayəndələrinin birbaşa təmasları xalqlar arasında anlaşmanın və inamın bərpasına real töhfə verə bilər. Bu, Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitinin formalaşması üçün vacibdir,” – deyə Qriqoryan vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada