Maştağada tanışını qətlə yetirən şəxsə hökm oxunub

Maştağada tanışını qətlə yetirən şəxsə hökm oxunub
03 Noy 2025 18:20

Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən Rəşid Babayevin cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib. 


News365.az APA-ya istinadla  xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 


Hökmə əsasən, təqsirləndirilən Rəşid Babayev 9 il müddətə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, hadisə ötən il 3 mayda Maştağa qəsəbəsində baş verib. Rəşid Babayev Roman Əsgərova kəsici-deşici alətlə xəsarətlər yetirib. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 


Təqsirləndirilən Rəşid Babayevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.


Sizin reklam burada
Sizin reklam burada