İranın ali rəhbəri Əli Xameneiyə qarşı çevriliş cəhdi uğursuz oldu.
News365.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” qəzeti məlumat yayıb.
Bildirilib ki, bu təşəbbüs 8–9 yanvar tarixlərində baş tutub:
“Belə ki, İranın sabiq prezidenti Həsən Ruhani həmin gecə keçmiş hökumət üzvləri, o cümlədən Məhəmməd Cavad Zərif, Qum şəhərindən olan din xadimləri və SEPAH strukturlarına yaxın fiqurları bir araya toplayaraq Xameneini hakimiyyətdən uzaqlaşdırmağa çalışıb. Plan son mərhələdə Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani tərəfindən dəstəklənmədiyi üçün həyata keçirilməyib. Məlumat sızmasının qarşısını almaq üçün hazırkı Prezident Məsud Pezeşkian bu prosesdən kənarda qalıb”.
Nəşrin məlumatına görə, hadisələrdən sonra Ruhani və Zərif bir neçə gün ev dustaqlığında saxlanılıb:
“Onlara yaxın bəzi islahatçı fiqurlar isə qısa müddətlik həbs olunaraq daha sonra azadlığa buraxılıb.