Egey dənizində güclü fırtına gözlənilir.
News365.az xəbər verir ki, Meteorologiya 2-ci Regional Müdirliyi Proqnoz və Erkən Xəbərdarlıq Mərkəzi Egey dənizində güclü fırtına ilə bağlı xəbərdarlıq yayıb.
Məlumata görə, sabah günorta saatlarından etibarən Şimal Egeyinin cənubunda şimal və şimal-şərq, Cənub Egeyinin şimalında isə şimal və şimal-qərb istiqamətlərindən 6-8 bal gücündə (50-75 km/saat) külək əsəcək.
Qeyd olunub ki, 19 sentyabr cümə günü də küləyin eyni istiqamətlərdə davam edəcəyi, lakin həmin günün axşam saatlarında fırtınanın təsirini itirəcəyi gözlənilir.
Meteorologiya idarəsi vətəndaşlara və dənizçilərə nəqliyyatda yarana biləcək çətinliklərə qarşı ehtiyatlı olmağı tövsiyə edib.
News365.az