"Ege Hospital"a işə düzəltmək adı ilə dələduzluq

"Ege Hospital"a işə düzəltmək adı ilə dələduzluq
10:21

"Ege Hospital"a işə düzəltmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub. 

https://news365.az/ xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Sabunçu Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq - təkrar törədildikdə) və 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə mühakimə olunan N.Vəliyeva 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 

Onun şübhəli şəxs qismində saxlandığı 3 gün müddət təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 2 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

İş materiallarından məlum olur ki, N.Vəliyeva başqa bir neçə nəfərə qarşı da dələduzluq edib. O, zərərçəkmişlərin ümumilikdə 26 512 manatını dələduzluq yolu ilə ələ keçirib. N.Vəliyeva qurbanlarını əmək pensiyası, əlillik dərəcəsi düzəltmək, cadu təmizləmək və bu kimi vədlərlə aldadıb.

Sizin reklam burada
Sizin reklam burada