Əfqanıstanda bir ailənin 13 üzvünü öldürən şəxs edam edilib

Əfqanıstanda bir ailənin 13 üzvünü öldürən şəxs edam edilib
22:00

Əfqanıstan hakimiyyəti bu gün ölkənin şərqindəki Xost şəhərindəki stadionda bir ailənin 13 üzvünü öldürməkdə ittiham olunan bir nəfəri edam edib.

News365.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Stadiondakı edamda həlak olanların yaxınları da daxil olmaqla on minlərlə insan iştirak edib.

BMT-nin Əfqanıstan üzrə xüsusi məruzəçisi Riçard Bennet çərşənbə axşamı sosial mediada Talibanı edamı dayandırmağa çağırıb.

“Açıq edamlar beynəlxalq hüququ pozan qeyri-insani, qəddar və qeyri-adi cəzalardır”, - o yazıb.

Ali Məhkəmənin məlumatına görə, ölüm hökmü birinci instansiya məhkəməsi, apellyasiya məhkəməsi və Ali Məhkəmənin hökmünün Əfqanıstanın ali lideri Hibatullah Axundzadə tərəfindən təsdiqləməsindən sonra icra edilib. 

Xost əyalət polisinin sözçüsü Mustaghfir Ghorbaz bildirib ki, məhkumu qurbanların qohumu güllələyib.

Edam olunan şəxs bir neçə nəfərlə Xost vilayətində ailənin doqquz uşağını, onların anası və daha üç nəfəri vəhşicəsinə qətlə yetirməkdə təqsirli bilinib.

Məhkəmə bildirib ki, qurbanların qohumlarına bağışlanma və barışıq təklif edilib, lakin onlar ölüm cəzasını tələb ediblər.


Sizin reklam burada
Sizin reklam burada