Duqin: "Makron və Şolz bir gün tribunal qarşısına çıxacaq"

Duqin: "Makron və Şolz bir gün tribunal qarşısına çıxacaq"
19 Fev 2025 16:17

Məşhur rusiyalı filosof, sosioloq və politoloq Aleksandr Duqin diqqət çəkən açıqlamalar verib. O, “Sputnik” radiosunun efirində Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz, Bundestaq deputatı Fridrix Merz və Böyük Britaniyanın baş naziri Key Starmerin bir gün tribunal qarşısına çıxacağını deyib.


Politoloq vurğulayıb ki, artıq ABŞ-də dövlət aparatından opponentlərə qarşı istifadə etməkdə ittiham olunan qlobalistlər və liberallara qarşı cinayət işi qaldırmağa başlayıblar. Duqinin sözlərinə görə, bu cür proseslər Avropa ölkələrində də hakimiyyət dəyişikliyindən sonra başlayacaq və siyasətçilər korrupsiya ilə çirkli pulların yuyulmasında ittiham oluna bilərlər.


Onun sözlərinə görə, Avropa elitasının ABŞ-dan asılılığı onları çətin vəziyyətə salıb və müstəqil fəaliyyət göstərmək imkanından məhrum edib.

Tural


Sizin reklam burada
Sizin reklam burada