Dünyanı mat qoyan iki yəhudi- Vaynşteyn və Epşteyn

Dünyanı mat qoyan iki yəhudi- Vaynşteyn və Epşteyn
09:58
Harvi Vaynşteyn və Cefri Epştyen. Bu iki amerikalı yəhudi Qərb elitasının və mənəviyyatının əsl simasını təcəssüm edirlər. Prodüser Vaynşteyn bizə göstərdi ki, şou biznes aləmində qadınların qısnamaya və zorlamaya məruz qalması adi haldır. Məşhur model Sindi Krouford bir dəfə demişdi: “"Lazımi adam"larla yatağa girmək model, müğənni, aktrisa peşəsinin məsrəifidir. Bilmirəm, niyə hamı bunu inkar edir". Vaynşteyn bunu təsdiqlədi. Maliyyəçi Epşteyn isə bizə göstərdi ki, dünya liderləri üçün əxlaqsızlıq, o cümlədən uşaqlara qarşı seksual təcavüz adi haldır.
Əvvəllər isə bütün bunlarda müsəlmanları ittiham edirdilər. Ay nə bilim, qadın haqlarını pozurlar, onlara pis gözlə baxırlar, çoxarvadlığa meyllidirlər və s. və i.a. Ay nə bilim, müsəlmanları seksdən başqa heç nə maraqlandırmır, min cür oyundan çıxırlar, azyaşlı qızlarlar evlənirlər və s. və i.a.
Bəs indi nə oldu? Əlbəttə, müsəlmanların içində nadürüstlər az deyil. Amma onların nümunə olmadığını vurğulayanda bizə ironiya ilə cavab verirdlər ki, “Hə də, hə, indi deyəcəksiz ki, əsl İslam bu deyil!”
Bəli, müsəlmanların içində çox arvadı olanlar var. Amma onlar arvaddır, məşuqə, fahişə və s. yox. Necə ki, Vaynşteyn və Epşteyn və onların müştərisi olmuş zənginlər qadınları alver predmetinə çeviriblər. Bəli, müsəlmanlar içində az yaşlı qız alanlar da var, amma arvad kimi alırlar hər bir halda. Qınasaq da, bu əməl Epşteyn və onun müştəriləri tərəfindən uşaqları fahişə kimi istifadə etməkdən qat-qat yaxşıdır.
Hüququn, mənəviyyatın sarsılması dövründə yaşayırıq. Və bu dövrdə də, əvvəlki əsrlərdə olduğu kimi, nisbi nümunəvi cəmiyyətlər yenə də müsəlman ölkələrindədir. Odur ki, bir də kimsə qələt edər, İslam dövlətlərini və müsəlmanları lağa qoyar. Özünüzə və kumirlərinizə baxın!
Əkrəm Həsənov, hüquqşünas

Sizin reklam burada
Sizin reklam burada