Qətldə adı çəkilən iş adamının oğlu məşhurların qızları ilə sevgili olub - FOTO

Qətldə adı çəkilən iş adamının oğlu məşhurların qızları ilə sevgili olub - FOTO
12:08

Türkiyədə silahlı hücum zamanı qətlə yetirilən 21 yaşlı futbolçu Kubilay Kaan Kundakçı cinayəti ilə bağlı aparılan istintaqda yeni detallar üzə çıxıb.

Aparılan araşdırmalar çərçivəsində qətldə iş adamı Bilal Kadayıfçıoğlunun övladı Alaattin Kadayıfçıoğlunun adı keçir. O, hazırda hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib.

Xatırladaq ki, istintaq çərçivəsində silahlı hücumun baş verdiyi avtomobildə olan reper Canbayın ifadəsi əsasında keçmiş sevgilisi Aleyna Kalaycıoğlu saxlanılıb.

Qeyd edək ki, Alaattin Kadayıfçıoğlu mediaya məşhurların qızları ilə yaşadığı eşq macəralarıyla tanışdır. O, bir müddət müğənni Hülya Avşarın qızı Zəhra Çilingiroğlu ilə eşq yaşayıb. Ondan ayrıldıqdan sonra Alaattin 3 il əvvəl müğənni Sibel Canın qızı Melisa Uralla nişanlanıb. Bundan sonra onların münasibətləri haqda məlumat yayılmayıb. (Axşam.az)


Sizin reklam burada
Sizin reklam burada