Sosial şəbəkələrdə yayılan görüntülər növbəti dəfə "Cinsiyyət öyrənmə partisi"ndə yaşanan gərgin anlarla gündəmə gəlib.
Körpələrinin cinsiyyətini açıqlamaq üçün təşkil olunan mərasimdə maraqlı, eyni zamanda mübahisəli hadisə baş verib. Məlumata görə, qız övladı gözləyən cütlüyün sevincinə kölgə salmaq istəyən qayınana gözlənilməz davranış sərgiləyib.
Görüntülərdə qayınananın mərasimin gedişatını pozmağa çalışdığı, cütlüyün əhvalını korlamaq istədiyi açıq şəkildə hiss olunur. Lakin tədbirdə iştirak edən digər qonaqlar vəziyyətə dərhal müdaxilə edərək gərginliyin böyüməsinin qarşısını alıblar.
Hadisə zamanı bəzi qonaqlar qayınananın bu addımını yersiz və xoşagəlməz hesab edərək ona etiraz ediblər. Nəticədə, tədbir planlaşdırıldığı kimi davam etdirilib.
Sosial mediada sürətlə yayılan video qısa müddətdə geniş müzakirələrə səbəb olub. İstifadəçilər iki yerə bölünüb: Bəziləri qayınananın davranışını sərt şəkildə tənqid edərkən, digərləri isə ailədaxili məsələlərin ictimailəşdirilməsini doğru hesab etməyiblər.
Qeyd edək ki, son illər "cinsiyyət öyrənmə partiləri" dünya üzrə populyarlaşsa da, bu tip tədbirlərdə baş verən insidentlər də tez-tez gündəm mövzusuna çevrilir./Milli.Az