Şəmkirdə evdə yanğın - VIDEO

Şəmkirdə evdə yanğın - VIDEO
12:35

Şəmkir şəhəri, Səməd Vurğun küçəsində yanğın baş verib.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
 

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.


Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində ümumi sahəsi 50 m² olan birmərtəbəli fərdi yaşayış evinin dam örtüyündə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində üçotaqlı fərdi yaşayış evinin dam örtüyü 10 m² sahədə yanıb.

Evin böyük hissəsi yanğından mühafizə olunub.


Sizin reklam burada
Sizin reklam burada