Türkiyə MMN: Qətərdə helikopter qəzasında 3 nəfər şəhid olub

Türkiyə MMN: Qətərdə helikopter qəzasında 3 nəfər şəhid olub
14:43

Türkiyə Milli Müdafiə Nazirliyi (MMN) Qətərdə qəzaya uğrayan helikopterdə Türkiyə Silahlı Qüvvələrinin bir hərbçisinin və ASELSAN-ın iki əməkdaşının həlak olduğunu açıqlayıb.

 Türkiyə MMN-in açıqlamasında deyilir: “Qətərdə qəzaya uğrayan hərbi helikopterdə Türkiyə Silahlı Qüvvələrinin bir əməkdaşı və ASELSAN-ın iki texniki işçisi şəhid olub”.

Qeyd edək ki, Qətərdə helikopter qəzasında 7 nəfər ölüb. Ölənlərdən 4-ü isə Qətər hərbçisidir.

Qəzanın helikopterdə texniki nasazlıq səbəbindən baş verdiyi bildirilir.



Sizin reklam burada
Sizin reklam burada