“Dünya İqtisadi Forumunun növbəti illik toplantısı İsveçrənin
Davos şəhərində öz işinə başladı. Sayca 55-ci olan Forum bu dəfə “Ağıllı əsr
üçün əməkdaşlıq” devizi altında keçirilir. Forumda 5 əsas istiqamət üzrə
müzakirələr təşkil olunacaq: İnkişafın yenidən dizayn edilməsi, İntellektual əsrdə
sənayelər, İnsan kapitalına investisiya, Planetin mühafizəsi və Etimadın bərpası.
Dünən ABŞ-da vəzifəsinin icrasına başlayacaq Donald Trampın yanvarın 23-də
sammitə onlyan olaraq qoşulması gözlənilir”.
News365.az xəbər verir ki, bunu Millət vəkili Vüqar Bayramov deyib. O bildirib ki, Davos İqitsadi Forumu yeganə
forumdur ki, dünyanın aparıcı dövlət və hökumət başçılarını, biznes, media,
eyni zamanda vətəndaş cəmiyyəti liderlərini bir araya gətirir:
“Buna görə də
təsir və əhatə baxımından Davos İqitsadi Forumu dünyanın ən böyük forumu hesab
olunur. Azərbaycan Davos İqitsadi Forumuna xüsusi önəm verir. Eyni zamanda
Davos İqitsadi Forumu da Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Forumda Azərbaycan
Prezidentinin iştirakı Azərbaycanda həyata keçirilən islahatların və eləcə də,
daha geniş auditoriyaya ölkəmizin strateji baxışlarının təqdimatı baxımından da
çox əhəmiyyətlidir.
Davos
İqtisadi Forumu Azərbaycan üçün həmçinin xarici sərmayələrin cəlb edilməsi
baxımından da vacibdir. Ölkə Prezidenti Davos İqtisadi Forumunda bir çox
aparıcı, nüfuzlu şirkətlərin rəhbərləri ilə görüşür və onları işbirliyi üçün Azərbaycana
dəvət edir. Artıq dünən bir sıra görüşlər həyata keçirilmişdir.
Yeni dövrün
yeni hədəfləri də məhz qeyri-neft sektoruna daha çox xarici sərmayələrin cəlb
edilməsini özündə ehtifa edir. Bu kontekstdən Davos İqtisadi Forumu Azərbaycan
iqtisadiyyatına, xüsusən də qeyri-neft sektoruna daha çox sərmayənin cəlb edilməsinə
zəmin yarada bilər.
Azərbaycan
Prezidentinin iştirakı ilə keçirilən görüşlər və aparılan müzakirələr bir daha
göstərir ki, Davos İqtisadi Forumunda Azərbaycana xüsusi önəm verirlər. Xüsusi
qeyd olunmalıdır ki, bir neçə il öncə Davos İqtisadi Forumunun Cənubi Qafqazı və
Orta Asiyanı əhatə edən regional tədbiri ilk dəfə Azərbaycanda keçirildi. Bu da
Davos İqtisadi Forumu tərəfindən ölkəmizə necə böyük dəyər verildiyini və vacib
tərəfdaşlardan biri kimi qəbul edildiyini bir daha təsdiq edir”.
News365.az