Hesablama Palatasının Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyində və onun tabeliyində olmayan qurumlarda apardığı kənar dövlət maliyyə nəzarət tədbiri nəticəsində dövlət vəsaitlərinin və əmlakının idarə olunması sahəsində hüquqpozmalara yol verildiyi müəyyən olunub.
News365.az xəbər verir ki, bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.
Sənədə əsasən, aşkar edilmiş pozuntularla bağlı müvafiq materiallar Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) təqdim edilib. Xidmətdən daxil olan məlumatlara əsasən, 1 audit üzrə aşkar edilən qanun pozuntuları ilə əlaqədar hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
***
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda dövlət vəsaitlərinin və əmlakının idarə olunması sahəsində aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunması və Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş məktub ilə əlaqədar həmin materiallar DTX-yə göndərilib.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat”ında əksini tapıb.
Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş məlumatlara əsasən, 1 audit üzrə aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.