Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.
News365.az xəbər verir ki, bu barədə Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında deyib.
Ərdoğan bildirib ki, sülh üçün yeni qapı açılır və bundan istifadə etmək lazımdır.
Qeyd edək ki, Putin 15 mayda İstanbulda Ukrayna ilə heç bir ilkin şərt olmadan birbaşa danışıqlar təklif edib. Zelenski isə buna cavab olaraq dərhal atəşk elan edilməsini istəyib və 15 mayda Putinlə şəxsən görüşmək üçün İstanbula gedəcəyini vurğulayıb