"Dostumuz İran vurulur, İrəvan Təhlükəsizlik Şurasının iclasını keçirmir" -Erməni ekspert

"Dostumuz İran vurulur,  İrəvan Təhlükəsizlik Şurasının iclasını keçirmir" -Erməni ekspert
14 İyn 2025 13:16

İsrailin İrana hücumu Ermənistan cəmiyyətində təşviş yaradıb. Yerli media, ekspertlər İrəvanın proseslərə anormal reaksiyasını tənqid edir, İrana dəstəyi gizlətmirlər.

Məsələn, ekpert Varujan Qeqamyan "Mamul"a açıqlamasında deyib ki, proseslər Ermənistan sərhədinə qədər gəlib çıxa bilər: "İsrailin qonşumuz və dostumuz olan İrana başlatdığı hücumlar cavabsız qalmadı. İran axşam saatlarından İsrailə zərbələr endirir. Nəticə etibarı ilə hələ də bitmə əlaməti olmayan faktiki müharibə yaranıb. Bütün regional güclər genişmiqyaslı müharibənin ən pis ssenarisi də daxil olmaqla bir neçə mümkün ssenariyə hazırdır. İranın düşmənləri təkcə mühüm hərbi və nüvə infrastrukturlarına zərbələr endirmək deyil, həm də İran hökumətini zəiflətmək və onu devirmək istəyirlər. Bunu İsrailin baş naziri birbaşa bəyan edib. Bu, təbii ki, sadəcə rejim dəyişikliyi ssenarisi də deyil, əksinə, İran dövlətinin parçalanmasına yönəlib və fəlakətli dəyişikliklərlə İranın suriyalılaşmasına gətirib çıxara bilər.


İran dövlətinin hər hansı miqyasda və formatda zəifləməsi Türkiyə və Azərbaycanın mövqelərini gücləndirir ki, bu da öz növbəsində sonuncunun bizə təzyiqlərinin kəskin şəkildə artmasına, yenə də ən pis nəticələrə gətirib çıxaracaq. Təəssüf ki, hazırda inkişaflar bu istiqamətdə gedir. Ermənistanın sərhədləri boyunca hər an İranın hüdudlarından kənara çıxa bilən qlobal miqyaslı hərbi əməliyyatlar gedir. Son 48 saat ərzində Ermənistanın təhlükəsizliyinə cavabdeh olan şəxslər gündəlik və qısa press-relizlərlə kifayətləniblər. Bir dəfə də olsun Təhlükəsizlik Şurasının iclasını çağırmayıblar. Əlbəttə, bu, kilsəyə hücum mövzusu deyil axı... Hansı ki, hökumət gündə 10 yazı və bəyanat verir".

Tural


Sizin reklam burada
Sizin reklam burada