Almaniyada yaşayan bloqer Qabil Məmmədovun qiyabi baxılan cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
News365.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.
Elnur Nuriyevin sədrlik etdiyi məhkəmə tərkibi belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə verilmiş ittihamlar kifayət qədər dəlil və sübutlarla təsdiqini tapıb.
Hökmə əsasən, Qabil Məmmədova 16 il azadlıqdan məhrum etmə cəzası verilib.