Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzi (ÖSYM) 2025-ci il üzrə ali təhsil proqramları və kontingentlərini əhatə edən bələdçini yayımlayıb.
ÖSYM-nin rəsmi internet saytında yayımlanan elanda qeyd olunub ki, Yüksəköğretim Programları ve Kontenjanları Kılavuzu bu gün və sabah “osym.gov.tr” ünvanında istifadəçilər üçün əlçatan olacaq.
Açıqlamada bildirilib:
“Bələdçi, namizədlərə və digər maraqlanan şəxslərə ilkin məlumat vermək məqsədilə yayımlanır. Bu səbəbdən namizədlərin seçimlərini etməzdən əvvəl, seçim müddəti ərzində ÖSYM-nin rəsmi saytında yenidən yayımlanacaq 2025-YKS Yüksəköğretim Programları ve Kontenjanları Kılavuzunu diqqətlə incələmələri və ÖSYM tərəfindən edilən elanları müntəzəm izləmələri vacibdir.”
News365.az