Konyada 4,3 bal gücündə zəlzələ baş verib

Konyada 4,3 bal gücündə zəlzələ baş verib
30 İyl 2025 16:50

Türkiyənin Konya vilayətinin Ilgın rayonunda 4,3 bal gücündə zəlzələ qeydə alınıb.

AFAD-ın (Fövqəladə Halların İdarə Edilməsi Agentliyi) yaydığı məlumata görə, yeraltı təkanlar bu gün saat 06:40-da baş verib. Zəlzələnin ocağı 15,6 kilometr dərinlikdə yerləşib.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə platforması “X” üzərindən etdiyi paylaşımda zəlzələnin ətraf vilayətlərdə də hiss olunduğunu bildirib. O, həmçinin qeyd edib ki, AFAD və digər aidiyyəti qurumların əməkdaşları dərhal əraziyə göndərilərək zəruri yoxlamalara başlayıblar.

“Hazırda hər hansı mənfi vəziyyət qeydə alınmayıb,” – deyə nazir vurğulayıb

News365.az


Sizin reklam burada
Sizin reklam burada