Trampın atacağı addımlar Rusiyanı qorxudacaqmı?.
Təhlükəsizlik eksperti İlham İsmayıl News365.az-a açıqlamasında bildirib ki, ABŞ-ın Rusiyaya qarşı atacağı mümkün sanksiya və digər praktiki addımlar yaxın 10 gün ərzində özünü göstərə bilər. Onun sözlərinə görə, əgər əvvəlcədən nəzərdə tutulan 10–12 günlük müddət effektiv dəyərləndirilsəydi, bu, 1–1.5 ay davam edən kampaniyanın sentyabrın 3-dək başa çatmasına səbəb olardı.
"İndi 9 gün qalıb. Görəsən, bu müddətdən sonra ABŞ, xüsusilə də Tramp praktiki addımlar atacaqmı? Bu addımlar Rusiyanı qorxudacaqmı? Məncə, qısa müddətdə ABŞ-ın sərt ritorikası və sanksiyaları döyüşlərin intensivliyini azaltmayacaq. Əksinə, biz bu son 10 gündə döyüşlərin daha da şiddətləndiyini görə bilərik", – deyə İlham İsmayıl vurğulayıb.
Ekspert bildirib ki, Rusiya nə qədər sanksiyalardan qorxmadığını desə də, əslində, bu cür təzyiqlər onun üçün ən ciddi təhlükədir: "Əsas məsələ söz yox, praktiki addımlardır. Trampın bu məsələdə konkret qərar verməsi və həyata keçirməsi vacibdir. Onlar Trampa və Ukraynaya hələ də tam inanmırlar. Bu da bir qədər məyusedici görünür. Amma yenə də bu, müəyyən mənada müsbət addım sayıla bilər".