SON DƏQİQƏ! Şahin Şıxlinski Rusiyada axtarışa verildi - FOTO

SON DƏQİQƏ! Şahin Şıxlinski Rusiyada axtarışa verildi - FOTO
30 İyl 2025 12:34

Yekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski polis əməkdaşına qarşı zorakılıq işi üzrə iki ay müddətinə həbs edilmişdi. Məhkəmə onun barəsində seçilmiş qətimkan tədbirinin – həbsin dəyişdirilməsi ilə bağlı vəsatəti rədd edib və qərarı qüvvədə saxlayıb.

News365.az xəbər verir ki, hadisə hüquq-mühafizə orqanı əməkdaşına qarşı zor tətbiqi ilə bağlıdır.

Məlumatlara görə, saxlanılan şəxs polisə müqavimət göstərib və fiziki təzyiq edib.

Bundan əlavə, onun atası, Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski də istintaq orqanları tərəfindən axtarışa verilib.

Onun da bu hadisə ilə bağlı müəyyən əlaqələrinin olduğu ehtimal olunur.



Sizin reklam burada
Sizin reklam burada