“2025-2026-cı tədris ili üçün rus dili bölməsi üzrə birinci sinfə qəbul göstəriciləri əvvəlki illərlə müqayisədə dəyişməyib”.
News365.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, artıq müsahibə və apellyasiya mərhələlərinin nəticələri valideynlərə təqdim olunub və qəbul prosesi yekunlaşıb: “Rus bölməsi üzrə hər hansı kəskin fərq hiss etmirik”.