Viktor Osimhen bu gecə İstanbula GƏLİR

Viktor Osimhen bu gecə İstanbula GƏLİR
30 İyl 2025 17:22

"Qalatasaray" "Napoli"yə məxsus olan Viktor Osimhenin keçidini yekunlaşdırıb.

News365.az xəbər verir ki, "sarı-qırmızılar" nigeriyalı hücumçunun transfer üçün İtaliya klubu ilə razılıq əldə edib.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.Osimhen bu gecə İstanbulda olacaq. "Cim bom" 26 yaşlı forvard üçün İtaliya çempionuna 75 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Viktor Osimhen ötən mövsüm icarə əsasında "Qalatasaray"In formasını geyinib.

Ulduz futbolçu İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 37 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.


Sizin reklam burada
Sizin reklam burada