ABŞ-nin müvəqqəti işlər vəkili Emi Karlon Şəhidlər xiyabanını ziyarət edib.
News365.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin X hesabında məlumat verilib.
“ABŞ-nin Müvəqqəti İşlər Vəkili Emi Karlon Şəhidlər xiyabanını ziyarət edərək həlak olanların xatirəsini ehtiramla yad etdi və münaqişə nəticəsində yaxınlarını itirən azərbaycanlı ailələrə və dostlara başsağlığı verdi”, - məlumatda qeyd olunub.