"Doğma şəhərim Bakıda solo konsert verəcək..." Emindən Alsu ilə bağlı paylaşım

"Doğma şəhərim Bakıda solo konsert verəcək..." Emindən Alsu ilə bağlı paylaşım
08 Fev 2025 16:35

Xalq artisti Emin Ağalarov həmkarı Alsu ilə bağlı diqqətçəkən paylaşım edib.

Emin Alsu ilə duetlərinin görüntülərini instaqram səhifəsində yayımlayaraq tamaşaçıları sənət yoldaşının fevralın 14-də “Sevgililər günü”ndə Bakıda verəcəyi konsertə səsləyib.

“Möhtəşəm Alsu ilə “Bir-birimiz olmadan yaşaya bilmərik” (duet ifa etdikləri mahnının adı – red.). Fevralın 14-də Alsu mənim doğma şəhərim Bakıda solo konsert verəcək və burada mütləq bir neçə mahnını birlikdə ifa edəcəyik. Bakı Konqres Mərkəzində görüşənədək”, - deyə Emin paylaşımında yazıb.   (olay)


Sizin reklam burada
Sizin reklam burada