“Dişdə olan sarılığı yox etmək üçün bunu edin“ Stomotoloq açıqladı

“Dişdə olan sarılığı yox etmək üçün bunu edin“  Stomotoloq açıqladı
19 Apr 2024 13:12

"Dişdə olan sarılığı yox etmək üçün ağac kömürü ilə duzu bir yerdə narın halda döyüb, bir neçə gün diş fırçası ilə dişi yumaq məsləhətdir".

Stomotoloq İlkin Qəribli bunu News365.az-a açıqlamasında deyib. 

"Qar bəyazlı gülüş - gənclik, sağlamlıq, hər bir insanın arzu etdiyi tamlıq simvoludur. Ancaq belə mükəmməl ağ dişlər ilə hər kəs təəssüf ki mükafatlandırılmayıb. "Dişdə olan sarılığı yox etmək üçün ağac kömürü ilə duzu bir yerdə narın halda döyüb, bir neçə gün diş fırçası ilə dişi yumaq məsləhətdir". Diş ağartma dişlərdə əmələ gələn rəng dəyişikliyini ağartma əməliyyatıdır. İki müxtəlif ağardıcı metoddan istifadə olunur. Bunlardan biri xəstənin özünün tətbiq etdiyi üsul , digəri isə həkimin klinikada tətbiq etdiyi üsuldur. Həkiminiz ağzınızdan ölçü götürüb, dişlərinizin üzərinə taxa biləcəyiniz incə rezin nümunələri hazırlatması, xəstənin özü üçün hazırlanmış xüsusi qəlibin içərisinə dərman yerləşdirərək bu qəlibi ağardılacaq dişlərin üstünə gündə ən az 6 – 8 saat taxması (yuxu zamanı məsləhətdir), müalicənin orta hesabla 1 – 4 həftə içində sonlandırılması. Ağardıcı dərman həkim tərəfindən diş üzərinə çəkilir. Həmin dişin üzərinə müəyyən bir müddət ağ rəngli işıq qaynağı tutulur. Prosedur bitdiyində nəticə dərhal müşahidə edilir. Hər iki üsulun da effektiv olmasına baxmayaraq, seçim, rənglənmə dərəcəsi, müalicənin tez sonlandırma istəyi həkimin istəyinə bağlıdır"- deyə bildirib. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər