Culfada yol qəzası oldu - 3 nəfər xəsarət aldı

Culfada yol qəzası oldu - 3 nəfər xəsarət aldı
16 Mar 2025 16:50

Culfa rayonunda baş verən qəzada 3 nəfər xəsarət alıb.

Hadisə rayona giriş hissədə, Bayraq Meydanında baş verib.

Qəza zamanı 72-BE-015 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə 75-BM-815 dövlət nömrə nişanlı “Chery” markalı avtomobil toqquşub.

Qəzada Culfa rayon sakini, 63 yaşlı Məryəm Nəbiyeva, Natiq Həşimov və Türkiyə vətəndaşı Qərib Arazi xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada