COVİD19-un təkrar infeksiyası uşaqlarda və yeniyetmələrdə ağırlaşmalar yaradır

COVİD19-un təkrar infeksiyası uşaqlarda və yeniyetmələrdə ağırlaşmalar yaradır
16:42

COVID19-un yüngül olduğuna dair geniş yayılmış bir inanc var. Lakin yeni böyük bir araşdırma bunun tam əksini göstərir. Məlum olur ki, təkrarlanan infeksiyalar ciddi fəsadların riskini əhəmiyyətli dərəcədə artıra bilər.

News365.az xəbər verir ki, Pensilvaniya Universitetinin alimləri Omikron ştammının dominant olduğu dövrdə ABŞ-da 465 000-dən çox uşaq və yeniyetmənin məlumatlarını təhlil etdikdən sonra bu nəticəyə gəliblər.

Bu, uşaqlarda COVID19-un yüngül keçdiyi və təkrar infeksiyaların daha təhlükəsiz olduğuna dair geniş yayılmış inamı təkzib edir. Miokardit yeniyetmələrdə ən çox görülən ağırlaşma idi. İkinci infeksiyadan sonra onun inkişaf riski üç dəfə artıb. Qan laxtalanması, böyrəklərin zədələnməsi, aritmiya, şiddətli yorğunluq, baş ağrıları və qarın ağrısı riski də artıb. Nəticələri müzakirə edən tədqiqat müəllifləri peyvəndin təkrar infeksiyanın qarşısını almaq üçün əsas tədbir olduğu vurğulanır.

Gələcəkdə alimlər uşaqlarda uzunmüddətli nəticələrin monitorinqini davam etdirməyi və fəsadların qarşısını almaq yollarını axtarmağı planlaşdırırlar.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada