Getdikcə daha çox uşaq görmə
problemi yaşayır. Bu məsələdə artan ekran vaxtının əsas səbəb olduğu düşünülür.
Ancaq yeni bir araşdırma onların nəfəs aldıqları havanın da uşaqların görmə
qabiliyyətinə təsir etdiyini göstərir.
News365.az xəbər verir ki, Birmingem
Universitetinin alimləri müəyyən ediblər ki, azyaşlı uşaqlar yüksək səviyyəli
hava çirkləndiricilərinə – azot dioksid (NO₂) və incə hissəciklərə (PM2.5) ən
çox həssasdırlar.
Yeniyetmələrdə havanın
çirklənməsinin təsiri daha zəifdir. Lakin irsiyyət və həyat tərzi daha çox rol oynayır.
Çirklənmiş hava gözün iltihabına səbəb olur, görmə inkişafı üçün vacib olan
günəş işığına məruz qalmağı azaldır və gözün formasını dəyişən kimyəvi
prosesləri işə salır. Əksinə, təmiz hava miyopiyanın inkişafını ləngidə bilər.
Buna görə də tədqiqatçılar hesab
edirlər ki, məktəblərdə hava təmizləyici qurğuların quraşdırılması, “təmiz
zonalar” yaradılması və məktəb binalarının yaxınlığında avtomobillərin
hərəkətinin məhdudlaşdırılması uşaqların görmə qabiliyyətini qorumaq üçün
əlverişli strategiya ola bilər.
News365.az