Qazaxıstan hökuməti Rusiyanın LUKOIL şirkətinə məxsus aktivlərin alınması istiqamətində danışıqlar aparmır.
News365.az xəbər verir ki, bu barədə ölkənin energetika naziri Erlan Akkenjenov açıqlama verib.
Nazirin sözlərinə görə, belə alışlarla bağlı danışıqlar yalnız kommersiya fəaliyyəti göstərən şirkətlər tərəfindən həyata keçirilə bilər və hökumət bu prosesdə iştirak etmir.
Akkenjenov həmçinin bildirib ki, Rusiyanın LUKOIL şirkətinin iştirakı ilə reallaşdırılan Qazaxıstanın iri energetika layihələri ABŞ sanksiyalarından istisna edilib. Onun sözlərinə görə, bu layihələrin fəaliyyətinə hər hansı təhlükə yoxdur və işlər stabil şəkildə davam edir.
Açıqlama son günlərdə regionda Rusiya enerji aktivlərinin mümkün satışına dair yayılan məlumatlar fonunda verilib.