ABŞ və Ermənistan “Tramp Marşrutu” (Zəngəzur dəhlizi) layihəsinin icrasını sürətləndirmək üçün yeni birgə işçi qrupu yaradıb.
News365.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Hukerin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü zamanı məlumat verilib.
Huker bildirib ki, Vaşinqtonla İrəvan arasında əməkdaşlığın genişlənməsi, həmçinin Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması istiqamətində son aylarda əldə olunan irəliləyiş Cənubi Qafqazın mühüm ticarət marşrutu kimi açılması üçün real imkanlar yaradır.
Onun sözlərinə görə, “Tramp Marşrutu” regionu Avropa və Yaxın Şərq bazarları ilə birləşdirə biləcək strateji nəqliyyat xətti kimi qiymətləndirilir və layihə üzrə texniki, siyasi və iqtisadi koordinasiyanı yeni yaradılan işçi qrupu həyata keçirəcək.
Qrupun rəhbəri ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Koulter olacaq.
İki ölkənin rəsmiləri layihənin “Cənubi Qafqazda sabitlik və iqtisadi inteqrasiyanın güclənməsinə xidmət edəcəyini” bəyan ediblər.