Eldar Mahmudovun ailəsi ilə mübahisədə MTK vətəndaşları necə fırıldaq edib? - DETALLAR

Eldar Mahmudovun ailəsi ilə mübahisədə MTK vətəndaşları necə fırıldaq edib? - DETALLAR
16:44

İllərdir qarajını ala bilməyən vətəndaş şikayət edir. Söhbət "Dolçasaray" MTK-nın tikdiyi binalardan gedir.

Bu barədə müraciət edən Səbinə Arif qızı Abdurrəhmanova bildirib.

Onun sözlərinə görə,"Dolçasaray  Mənzil-Tikinti Kooperativ" tərəfindən illərdir aldadılır. Maşın saxlamaq üçün 35 min dolları alınsa da,bugünədək qaraj  ona təhvil verilməyib.

"Bakı şəhəri,Səbail rayonu,Nizami küçəsi 96-706-cı məhəllədə yerləşən binada 1 ədəd maşın üçün dayanacaq yeri məqsədi ilə  "Dolçasaray MTK"ya  35 min dollar pul ödədim.Həmin vaxt bina hələ tikilməmişdi.Pulun ödənməsinə dair MTK ilə aramızda müqavilə imzalandı və mənə bununla bağlı möhürlü arayış da verildi.Arayışda MTK-nın sədri Hilal Xəlilovun imzası da əks olunub.2006-cı ildə bağlanmış müqavilə 10 ilə yaxındır ki,icra olunmur.Bu özbaşnalığa son qoyulmasını və bizə müqavilədə göstərilən ya qarajın,ya da ödədiyimiz pulun geri qaytarılmasını  tələb edirik",-deyə şikayətçi bildirib.

Vətəndaşın bildirdiyinə görə,şirkət rəhbərliyi tərəfindən aldadıldıqdan sonra rəsmi şikayətlər edib.Bundan sonra onların ödədiyi pulun az bir hissəsini geri ala bilib.

"Uzun müddətdən sonra ödədiyimiz 35 min dollardan 10 min dollara yaxın pulumuzu geri ala bildik.İndi yerdə qalan 25 min dolları qaytarmaq istəmirlər.Hər gün şirkətə bir adam rəhbər gətirilir. Bu gün orada Fəxrəddin adlı şəxs direktordur.Ona da dəfələrlə demişik.Bizi hər gün aldadırlar",deyə vətəndaş bildirib.

"Bu məsələdən xəbərim var. Mən bu işdə yeniyəm.Problem köhnədən qalıb.Artıq bezmişəm bu söz-söhbətlərdən...Ərizə yazıb,işdən çıxacam",-deyə o bildirib.Fəxrəddin Xəlilovun MTK-nın əvvəlki rəhbəri Hilal Xəlilovun qardaşı olduğu deyilir.

Şikayətçinin dediyinə görə,MTK-nın işlərini qeyri-rəsmi olaraq  Ərəstun Hüseynov aparıb.

"Şikayət edən sakinə  müəyyən ödənişlər edilib.Bina tikilən zaman dollarla müqavilə bağlanıb.O vaxtki məzənnə ilə bu günün məzənnəsi fərqlidir.Biz onlara  16 min manata yaxın pul ödəmişik.Yerdə qalan məbləği də ödəməyə çalışırıq.Mən rəsmi işçi deyiləm.Gedin,suallarınızı rəhbərə verin",-deyə Ərəstun adlı şəxs  bildirib. ///  Oxu24.com




Sizin reklam burada
Sizin reklam burada